05/06/2019
15:24
3401
| A A A
Canni İnfantino yenidən FİFA-nın prezidenti seçildi

Canni İnfantino yenidən Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti seçilib.

Goal.az xəbər verir ki, iyunun 5-də Fransanın Paris şəhərində baş tutan FİFA-nın qurultayında bu vəzifə 2023-cü ilədək C.İnfantinoya həvalə olunub.

Xatırladaq ki, isveçrəli C.İnfantiono təşkilata 2016-cı ilin fevralından başçılıq edir.

Qeyd edək ki, daha əvvəl bu vəzifəni Yozef Blatter tutub. O, FİFA daxili korrupsiya qalmaqalında iştirak etdiyi üçün 2015-ci ilin dekabrında tutduğu vəzifədən uzaqlaşdırılıb.

money.az currency