12/06/2019
17:34
1997
| A A A
20 yaşında 100-cü qolunu vurdu

Fransa millisinin və PSG-nin futbolçusu Kilian Mbappe karyerasında 100-cü qolunu vurub.

Goal.az xəbər verir ki, bu, Avro-2020-nin seçmə mərhələsində dünən keçirilən Andorra ilə matçda (4:0) gerçəkləşib. 11-ci dəqiqədə fərqlənən hücumçu 20 yaş 137 günlüyündə 100-cu qoluna imza atıb.

Hazırda futbolçu karyerasını davam etdirən və dünyanın ən yaxşı oyunçuları olaraq göstərilən Kriştiano Ronaldo (Portuqaliya, Juventus) karyerasının 100-cü qolunu 22 yaş 356 günlüyündə, Lionel Messi isə (Argentina, Barcelona) 22 yaş 97 günlüyündə vurub.

Qeyd edək ki, Mbappe ötən mövsüm 33 qolla Fransa liqasının ən yaxşı bombardiri olub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17756 səs