13/06/2019
12:52
21472
| A A A
Real transfer rekordunu yenilədi

Real transfer rekordunu yeniləyib.

Goal.az xəbər verir ki, "kral klubu" bu yay həyata keçirdiyi 5 transferlə bunu bacarıb.

Madridlilər Eden Hazard (Chelsea, 100 milyon avro), Luka Yoviç (Eintracht, 60 milyon), Rodriqo (Santos, 45 milyon) və Eder Militaodan (Porto, 50 milyon) sonra Lyon-dan da Ferlan Mendini (48 milyon) heyətinə qatıb. La Liqa təmsilçisi 5 keçidə 303 milyon avro xərc çəkib.

Bununla Real 2009-cu ildəki rekordunu yeniləyib. Klub rəhbərliyi 10 il əvvəl Kriştiano Ronaldo, Kaka, Xabi Alonso və digər oyunçuların transferlərinə ümumilikdə 260 milyon avro ödəmişdi.

Millinin biabırçı nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
1265 səs