07/07/2019
10:47
1826
| A A A
Mourinyo çinlilərə “yox” dedi

Portuqaliyalı mütəxəssis Joze Mourinyoya Çindən təklif gəlib.

Goal.az xəbər verir ki, “Quançjou Everqrand” klubu Mourinyoya baş məşqçilik təklif edib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Çin klubu Mourinyoya yüksək məvacibli müqavilə təklif etsə də, portuqaliyalı mütəxəssis bunu rədd edib. Mourinyo, ailəvi səbəblərə görə Çinə getməkdən imtina edib.

Baş məşqçi karyerası ərzində Real, İnter, Chelsea kimi klublarda çalışan Mourinyo, son olaraq Manchester United-ə rəhbərlik edib. Portuqaliyalı mütəxəssis ötən ilin dekabrından işsizdir.(komanda.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22006 səs