08/07/2019
10:48
18637
| A A A
Hazard seçim qarşısında qaldı

Real-ın yeni transferi Eden Hazard hələ də "kral klubu"nda nömrə seçimini etməyib.

Goal.az xəbər verir ki, buna səbəb belçikalı yarımmüdafiəçinin Chelsea-də geyindiyi "10 nömrə"nin Luka Modriçdə olmasıdır. Madridlilər ulduz futbolçuya daha əvvəl Kriştiano Ronaldo, Raul Qonzales və Emilio Butraqenonun geyindiyi 7 nömrəli formanı vermək istəyir.

Hazard üçün digər variant isə 11 nömrədir. 

Xatırladaq ki, Real-da hazırda 7 nömrəli forma Mariano Diasa, "11" isə Qaret Beylə məxsusdur. Hər iki futbolçunun komandadan ayrılacağı gözlənilir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22005 səs