08/07/2019
14:13
3993
| A A A
Alveşdən kubok rekordu

Braziliyanın Amerika kubokunu qazanmasının ardından “sambaçılar”ın təcrübəli müdafiəçisi Dani Alveş fərqli bir sahədə rekord qırıb.

Goal.az xəbər verir ki, karyerası boyunca Sevilla, Barcelona, JuventusPSG kimi komandaların formasını geyinən 36 yaşlı braziliyalı “Kopa Amerika-2019” kuboku ilə birliktə 40-cı kubokunu qazanmış olub.

Peşəkar karyerasında ilk klubu olan Sevilla ilə 5, Barcelona ilə 23, Juventus ilə 2, PSG ilə 6 və Brazilya Milli komandası ilə də 4 kubok qazanan Alveş, bu sahədə rekordları alt-üst edib.

İspaniya La Liqası, İtaliya A seriyası, Fransa Liqa 1 çempionluğu olan Alveş Barcelona ilə 3 dəfə Çempionlar Liqası kubokunu qazanıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36176 səs