08/07/2019
14:45
1558
| A A A
Perudan 44 il sonra final, Braziliyadan 9-cu kubok

Cənubi Amerika futbol yığma komandalarının iştirakı ilə keçirilən "Amerika kuboku-2019" başa çatdı.

Goal.az xəbər verir ki, 46-cı dəfə təşkil olunan turnirin "Marakana" stadionunda keçirilən finalında Perunu 3-1 hesabı ilə məğlub edən Braziliya 2007-dən bu yana ilk kubokunu qazandı.

Kuboku ən çox qazananlar siyahısında üçüncü olan Braziliya kubok sayını 9-a çatdırdı.

brasil - peru ile ilgili görsel sonucu

Amerika Kubokunu ən çox qazanan ölkələr:

Uruqvay: 15 dəfə

Argentina: 14

Braziliya: 9

Paraqvay, Çili, Peru: 2

Kolumbiya, Boliviya: 1

Messi, milli forma ilə yenə bacarmadı

Akademiyasında yetişdiyi İspaniya klubu Barcelona ilə qazanmadığı kubok qalmayan Messi, eyni uğuru milli forma ilə yenə bacarmadı.

Argentina millisi ilə FİFA 2014 Dünya çempionatında, 2007, 2015, 2016 Amerika Kubokunda final oynayan 32 yaşlı ulduz oyunçu bu ilki turnirdə final görmədi. Onun komandası yarımfinalda Braziliyaya məğlub olaraq, üçüncü oldu. Bürünc medal Çili üzərində 2-1 hesablı qələbə ilə qazanıldı. Messinin qırmızı vərəqə aldığı qarşılaşmanın ardından təşkilatçıları Braziliya lehinə qərar verməkdə günahlandırması turnirə damğa vurdu.

messi copa america 2019 ile ilgili görsel sonucu

Argentinalı forvard Çili ilə oynadıqları üçüncülük matçında Çili yığmasının və Beşiktaş-ın oyunçusu Medellə yaşanan epizodun ardındakı mübahisədən sonra karyerasında ikinci qırmızı vərəqəni aldı. Messi son dəfə 2005-ci ildə qırmızı vərəqə ilə cəzalanmışdı.

Peru 44 il sonra finala çıxdı

Peru milli komandası kuboku muzeyniə götürdüyü 1939 və 1975-ci ildən sonra üçüncü dəfə finala yüksəldi. Yarımfinalda Çilini 3-0 hesabı ilə məğlub edərək 44 illik həsrətə son qoyan Peru finalda Braziliya ilə bacarmadı.

35 yaşlı Paolo Querero 3 qol vuraraq, qol sayını 14-ə yüksəldərək, türnir tarixinin ən çox qol vuran 3-cü oyunçusu adını aldı.

Paolo guerrero copa america 2019 ile ilgili görsel sonucu

Amerika Kubokunda ən çox qol vuran oyunçular:

1. Norberto Mendez (Argentina): 17 qol

Zizinyo (Braziliya): 17

3. Lolo Fernandez (Peru): 15

Severino Varela (Uruqvay): 15

5. Paolo Querero (Peru): 15

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22005 səs