08/07/2019
16:44
1188
| A A A
FIFA prezidentini fitə basdılar

FIFA prezidenti Canni İnfantino ABŞ-ın Hollandiyaya 2:0 hesabı ilə qalib gəldiyi qadınlar arasında dünya çempionatının final oyununda isti qarşılanmayıb.

Goal.az-ın məlumatına görə, isveçrəli funksioner meydana daxil olduqda azarkeşlər onu fitə basıblar. Fanatlar qadın və kişi futbolundakı əməkhaqqı uçurumuna qarşı çıxaraq "Bərabər maaş" şüarını səsləndiriblər.

Qeyd edək ki, ABŞ bu qələbə sayəsində dünya çempionu titulunu qoruyub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22005 səs