08/07/2019
17:06
2886
| A A A
Valdes Barcelona-ya dönür

Barcelona-nın sabiq qapıçısı Viktor Valdes Kataloniya klubuna qayıdır.

Goal.az xəbər verir ki, bu barədə klub prezidenti Xosep Bartomeu yerli mətbuata açıqlamasında məlumat verib. O, 38 yaşlı keçmiş qolkiperin doğma komandasına qayıdacağı üçün şad olduğunu bildirib. İspaniya millisinin sabiq üzvü klubun akademiyasında məşqçi kimi çalışacaq.

Qeyd edək ki, Barcelona-nın yetirməsi olan Valdes 2014-cü ilə kimi bu komandada çıxış edib. Daha sonra isə Manchester United, Standard və Middlesbrough klublarında da oynayıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36175 səs