11/07/2019
15:22
2469
| A A A
İbrahimoviç ilin ən yaxşısı seçildi

LA Galaxy-də çıxış edən Zlatan İbrahimoviç MLS-də 2019-cu ilin ən yaxşı futbolçusu seçilib.

Goal.az xəbər verir ki, isveçli hücumçu ABC telekanalının təşkil etdiyi ilin ən yaxşı futbolçusu mükafatını qazanıb. O, Yosef Martines, Ueyn Runi və Aaron Lonqu qabaqlayaraq, bu mükafata sahib çıxıb.

Bununla da, 9-cu dəfə LA Galaxy futbolçusu bu mükafatı qazanıb. Daha əvvəl Lendon Donovan (5 dəfə), David Bekhem (2 dəfə) və Robbi Kin bu mükafata layiq görülüb.

2018-ci ildən Amerika təmsilçisinin heyətində çıxış edən İbrahimoviç, bu müddət ərzində keçirdiyi 42 oyunda 35 qolla yadda qalıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33188 səs