12/07/2019
11:00
2378
| A A A
Rəşad Sadıqov Qarabağ-ın “9-luğ”unda

Ağdamın Qarabağ klubunun futbolçusu Rəşad Sadıqov kapitanı olduğu komandanın heyətində 300-cü oyununu keçirib.

Bu yubiley Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununa təsadüf edib.

Partizani ilə Tiranada keçirilən qarşılaşma 37 yaşlı müdafiəçinin Qarabağ-da 300-cü matçı olub. Bunadək Premyer Liqa, Azərbaycan kuboku, Çempionlar Liqası və Avropa Liqasında üst-üstə keçirdiyi 299 oyunda 14 qol vuran “14 nömrə”nin yubileyi 0:0 hesablı heç-heçə ilə başa çatıb. “Qarabağ”da 2009-cu ildə debüt edən R.Sadıqov klub tarixində 300 və daha çox oyun keçirən 9-cu futbolçu olub.

Onadək yalnız 8 oyunçu bunu bacarıb. Peşəkar klub kimi 1987-ci ildə qeydiyyatdan keçən Qarabağ-ın regional turnirlər nəzərə alınmamaqla, rəsmi matçlarda ən çox oyuna çıxan futbolçusu isə Maksim Medvedevdir. Albaniyadakı qarşılaşma onun üçün 405-ci olub. Karyerasını Ağdam klubunda davam etdirən daha bir oyunçu – Qara Qarayev də “300”ü arxada qoyanlar arasındadır. “Doqquzluq”da yeganə legioner Ansi Aqollidir.

Qarabağ-da 300 və daha çox oyun keçirənlər

yer futbolçu Oyun
1. Maksim Medvedev 405
2. Müşfiq Hüseynov 394
3. Yaşar Hüseynov 380
4. Səttar Əliyev 369
5. Aslan Kərimov 346
6. Elşad Əhmədov 339
7. Qara Qarayev 320
8. Ansi Aqolli 316
9. Rəşad Sadıqov 300



APA

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36514 səs