12/07/2019
12:02
2751
| A A A
Van Persinin yeni iş yeri müəyyənləşdi

Mövsümün sonunda futbolçu karyerasını başa vuran Hollandiya yığmasının sabiq üzvü Robin van Persinin yeni iş yeri məlum olub.

Goal.az Britaniya mətbuatına istinadən xəbər verir ki, veteran hücumçu, bundan sonra şərhçi kimi çalışacaq. İngiltərənin “BT Sport” kanalında işləyəcək Van Persi, matçlardan əvvəl və sonra fikirlərini bildirəcək.

Qeyd edək ki, Van Persi Feyenoord, Arsenal, Manchester United və Fenerbahçe-nın şərəfini qoruyub. 102 dəfə Hollandiya millisinin formasını geyinən futbolçu 50 qola imza atıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36169 səs