18/07/2019
17:21
4825
| A A A
İranda 38 illik qadağa ləğv olunacaq

İran Futbol Federasiyası qadınların 2022-ci il dünya çempionatının oyunlarını tribunadan izləməsinə razılıq verib.

Goal.az xəbər verir ki, milli assosiasiyanın rəhbəri Medi Taca FIFA prezidentu Canni İnfantinonun bununla bağlı məktubuna müsbət cavab verib.

Qərarın qüvvəyə minməsi üçün İran hökumətinin razılığı lazımdır.

Qeyd edək ki, 1981-ci ildən etibarən İranda qadınların futbol matçlarına gəlməsinə qadağa qoyulub. Bu ölkənin yığması DÇ-2022-nin seçmə mərhələsində İrak, Bəhreyn, Kamboca və Honkonqla bir qrupda yer alıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27571 səs