08/08/2019
16:16
1052
| A A A
APOEL-in yeni baş məşqçisi müəyyənləşdi

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Qarabağ-ın rəqibi olan APOEL klubunun yeni baş məşqçisi məlum olub.

Goal.az xəbər verir ki, Nikosiya təmsilçisinin “sükan”ı Tomas Dolla tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 53 yaşlı mütəxəssislə 2021-ci ilin yayına qədər müqavilə imzalanıb.

Baş məşqçi karyerası ərzində Hamburg, Borussia Dortmund, Genclerbirliği kimi klubları çalışdıran Tomas Dollun son iş yeri Hannover olub.

Qeyd edək ki, Qarabağ ilk oyunda səfərdə APOEL-i 2:1 hesabıyla məğlub edib. Komandalar arasındakı cavab oyunu avqustun 13-də keçiriləcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28686 səs