09/08/2019
13:48
739
| A A A
Qarabağ-la oyun öncəsi APOEL-də ciddi itki

APOEL Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin Qarabağ-la cavab oyununa ciddi itki ilə çıxacaq.

Goal.az Kipr mətbuatına istinadən xəbər verir ki, komandanın zədəli futbolçusu  Alef dos Santos Ağdam klubu ilə matçı buraxacaq. Yoxlama oyununda zədələnən braziliyalı yarımmüdafiəçinin 3 həftə meydana çıxa bilməyəcəyi qeyd olunub.

Digər zədəli Vuyadin Saviçin durumuna aydınlıq gəlməyib. Serbiyalı müdafiəçinin qarın nahiyəsində ağrılar var. Onun "Qarabağ"la görüşdə meydana çıxıb-çxmayacağı qarşıdakı günlərdə bilinəcək.

Xatırladaq ki, Qarabağ - APOEL görüşü avqustun 13-ü olacaq. Bu komandalar arasında Kiprdəki matçda Ağdam klubu 2:1 hesabı ilə qalib gəlib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28686 səs