12/08/2019
12:44
1282
| A A A
Qarabağ 3 futbolçusunu millidən geri çağırdı

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində APOEL-ə qarşı keçiriləcək təkrar matçla əlaqədar U-21 millimizin düşərgəsində olan "Qarabağ"ın üç futbolçusu geri çağırılıb.

Goal.az xəbər verir ki, AFFA-nın saytının bu gün yaydığı açıqlamada bildirilib ki, Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

"Qarabağ”ın müraciəti əsasında İsmayıl İbrahimli, Hacıağa Hacılı və Nicat Mehbalıyev klubun Çempionlar Liqasında Cənubi Kiprin APOEL komandası oyunu ilə əlaqədar millinin toplanışından azad ediliblər. Onların əvəzinə "Səbail”dən Ədilxan Qarəhmədov, "Qəbələ”dən Samir Məhərrəmli və "Sumqayıt”dan Səbuhi Abdullazadə dəvət olunub" - deyə məlumatda qeyd edilib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27794 səs