14/08/2019
10:36
1886
| A A A
Bu gün UEFA Super Kubokunun sahibi müəyyənləşəcək

Bu gün Türkiyənin İstanbul şəhərində UEFA Super Kuboku uğrunda oyun keçiriləcək.

Goal.az xəbər verir ki, "Vodafone Park"da İngiltərənin iki təmsilçisi - Liverpool və Chelsea üz-üzə gələcək. Ötən mövsüm Liverpool Tottenham-i 2:0 hesabı ilə üstələyərək, Çempionlar Liqasının qalibi olub. Chelsea isə Bakı Olimpiya Stadionunda təşkil olunmuş Avropa Liqasının həlledici qarşılaşmasında Arsenal-ı darmadağın edib - 4:1.

Bakı vaxtı ilə saat 23:00-da başlanacaq görüşü ilk dəfə qadın referi idarə edəcək. Fransalı Stefani Frappara həmyerlisi Manuela Nikolazi və irlandiyalı Mişel O Nil yan xətt hakimləri kimi yardımçı olacaq. Dördüncü hakim funksiyasını türkiyəli kişi referi Cüneyt Çakır yerinə yetirəcək.

14 avqust

UEFA Super Kuboku

23:00. Liverpool - Chelsea

Hakimlər: Stefani Frappar (Fransa), Manuela Nikolazi (Fransa), Mişel O Nil (İrlandiya), Cüneyt Çakır (Türkiyə)

VAR hakimi: Kleman Türpen (Fransa)

"Vodafone Park", İstanbul (Türkiyə).

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
7217 səs