19/08/2019
22:10
1528
| A A A
FİFA "Ferents Puşkaş" mükafatına namizədləri açıqladı SİYAHI

FİFA ilin ən yaxşı qoluna verilən "Ferents Puşkaş" mükafatına namizədləri açıqlayıb.Siyahıda 10 futbolçunun adı yer alıb. Bunlar Daniel Jori (Debretsen), Lionel Messi (Barcelona), Zlatan İbrahimoviç (Los- Angels Galaxy) Endros Taunsend (Crystal Palace), Fabio Kvalyarella (Sampdoria), Xuan Kintero (River Plate), Mateus Kunyadı (Leipzig), eyni zamanda üç qadın futbolçu - Adjara Nçut (Kamerun millisi), Emi Rodriges (Juta Royals) və Billi Simpsondır.FİFA-nın saytı 3 finalçının müəyyənləşməsi üçün saytında azarkeşlər arasında səsvermə başladıb. Səsvermə sentyabrın 1-i başa çatacaq. Bundan sonra qalibi FİFA-nın əfsanələri seçəcək.Qeyd edək ki, ötən il bu mükafatı Liverpool-un hücumçusu Məhəmməd Salah qazanıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33452 səs