21/08/2019
13:53
3282
| A A A
AFFA Qurban Qurbanova görə Qarabağ-ı cərimələdi

AFFA İntizam Komitəsi "Qarabağ" klubunu 800 manat məbləğində cərimələyib.

Goal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna Ağdam təmsilçisinin bəzi rəsmilərinin I turda "Keşlə" ilə matçda “A” buraxılışından istifadə etməməsidir.

Komitə həmin qarşılaşmanın 74-cü dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandandan qovulan "Keşlə"nin oyunçusu Emin Mehtiyevə 1 oyunluq cəza verib, klub isə 200 manat məbləğində cərimələnib.

Qeyd edək ki, "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatan görüşdə baş məşqçi Qurban Qurbanovla yanaşı, klubun digər üzvləri A buraxılış vəsiqəsindən istifadə etməyib. Əsasnamədə isə göstərilir: "PFL tərəfindən verilmiş A buraxılış vəsiqəsi bütün üzvlər (stadionun soyunub-geyinmə otaqları yer alan tunelinə daxil olduqdan sonra oyunda iştirak edəcək futbolçulara şamil olunmur) tərəfindən görünən səviyyədə taxılmalıdır. Stadionun otaqlarında xidmət aparan şəxslər mütləq şəkildə vəsiqəni taxmalıdırlar. Şəkilli A buraxılışının kənar şəxslərə ötürülməsində klub məsuliyyət daşıyır".

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33456 səs