06/09/2019
15:00
3210
| A A A
Hazard debütə hazırlaşır

Real-ın yeni transferi Eden Hazard məşqlərə başlayıb.

Goal.az xəbər verir ki, Belçika millisinin üzvü tezliklə komandanın heyətində debüt edə biləcək.

28 yaşlı ulduz futbolçu yığma komandaların oyunları ilə əlaqədar verilmiş fasilə başa çatdıqdan sonra baş məşqçi Zinəddin Zidanın ixtiyarında olacaq. Hazard La Liqanın IV turunda Levante ilə qarşılaşmada ilk matçına çıxa biləcək.

Qeyd edək ki, Real - Levante oyunu sentyabrın 14-də keçiriləcək.