07/09/2019
11:54
1940
| A A A
Samuel Eto'O karyerasını başa vurdu

Kamerun millisinin və Barcelona-nın sabiq futbolçusu Samuel Eto'O karyerasını başa vurub.

Goal.az xəbər verir ki, 38 yaşlı hücumçu bu barədə şəxsi "İnstagram" hesabından məlumat verib.

Kamerunlu forvard karyerası ərzində İspaniyada Real Madrid, Mallorca, İtaliyada İnter, Sampdoria, Rusiyada Anji, İngiltərədə isə Everton və Chelsea-nin formasını geyinib. Son olaraq Qətərin eyniadlı komandasında çıxış edən oyunçu Türkiyədə Antalyaspor və Konyaspor-un da şərəfini qoruyub.

Qeyd edək ki, Samuel Eto'O Kamerun millisinin tarixində ən çox qol vuran futbolçudur. O, 4 dəfə ilin ən yaxşı afrikalı oyunçusu (2003, 2004, 2005, 2010) seçilib.

 

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33950 səs