09/09/2019
16:00
2210
| A A A
Juventus-da yeni müqavilə - 16 milyondan 50 milyona

Juventus titul sponsoru olan “Jeep” şirkəti ilə yeni müqavilə imzalaya bilər.

Goal.az “Tuttosport”a istinadən xəbər verir ki, “qoca sinyora” sözügedən şirkətlə yeni müqavilə üçün danışıqlara başlayıb. Yeni sözləşməyə görə, Turin təmsilçisinə ediləcək illik ödənişlər 16 milyon avrodan 50 milyon avroya qədər artırılacaq.

Juventus-un “Jeep”lə hazırkı müqaviləsinin müddəti 2021-ci ilədək nəzərdə tutulub.

Xatırladaq ki, Juventus texniki sponsoru olan “Adidas”dan da oxşar məbləğ – 51 milyon avro əldə edir. 

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33952 səs