11/09/2019
17:06
4818
| A A A
Azarkeş Ronaldo ilə şəkil çəkdirmək üçün diz çökdü - VİDEO

AVRO-2020-nin seçmə mərhələsinin Litva - Portuqaliya matçında azarkeşlərdən biri meydana daxil olub.

Goal.az-ın məlumatına görə, fanat qonaq komandanın ulduz futbolçusu Kriştiano Ronaldo ilə selfi çəkdirmək üçün diz çöküb.

Stüardlar azarkeşi 34 yaşlı hücumçudan uzaqlaşdırmağa çalışıblar. Lakin İtaliya Juventus-unda çıxış edən forvard fanatın onunla şəkil çəkdirməsinə icazə verib.

Qeyd edək ki, qarşılaşma Portuqaliya yığmasının 5:1 hesablı qələbəsi ilə bitib. Qollardan 4-nü məhz Ronaldo vurub.(report)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
40003 səs