“Qızıl top” mükafatının təqdimat vaxtı açıqlandı
“France Football” nəşri tərəfindən hər il ən yaxşı futbolçuya verilən “Qızıl top” mükafatının təqdimat vaxtı məlum olub. Goal.az xəbər verir ki, mərasim dekabrın 2-də, Şalte teatrında olacaq.“Qızıl top” mükafatının qalibi dünyanın müxtəlif yerlərindən olan 180 jurnalist arasında keçirilən sorğu nəticəsində müəyyənləşəcək. 2018-ci ildə “Qızıl top”u Real-ın və Xorvatiya millisinin üzvü Luka Modriç qazanıb.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR