20/09/2019
13:49
4602
| A A A
Fasilə zamanı İnter-in futbolçuları arasında qalmaqal yaşanıb

Çempionlar Liqasının qrup mərhələsində Slavia-nı qəbul edən İnter doğma meydanında son dəqiqə qolu ilə məğlubiyyətdən qurtulub - 1:1.

Goal.az xəbər verir ki, qarşılaşmanın fasiləsində "neradzurra" futbolçuları arasında qalmaqal yaşanıb.

Hücumçu Romelu Lukaku baş məşqçiyə komanda yoldaşlarından şikayət edib və ona lazımi dəstəyi vermədiklərini, vaxtında irəli çıxmadıqlarını söyləyib. Bu isə Marselo Brozoviçin xoşuna gəlməyib. Nəticədə iki futbolçu arasında dava yaşanıb. Vəziyyətin gərginləşdiyini görən digər hücumçu Aleksis Sançes onları ayırmağı bacarıb.

Baş məşqçi Antonio Konte oyunçularla bağlı tədbir görülməsi üçün rəhbərliyə göstəriş verib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36032 səs