20/09/2019
20:36
2512
| A A A
Real-ın qapıçısı bu fotoya görə üzr istədi

UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində PSG-yə 0:3 hesabı ilə məğlub olan Real-ın qapıçısı Alfons Areola azarkeşlərdən üzr istəyib.

Goal.az xəbər verir ki, oyundan sonra Paris klubunun futbolçuları Kilian Mbappe və Erik Çupo-Motinqlə birlikdə şəkil çəkdirən qapıçı, Real azarkeşlərindən üzr istəyib:

“Sosial şəbəkələrdə bu fotoya yazılan rəyləri görəndə, təəssüfləndim. Real-a olan motivasiya və sədaqətimlə bağlı bütün şübhələri rədd edirəm. Bu məğlubiyyət böyük ailə yaratdığımız hər kəs kimi mənə də təsir etdi. Oyundan sonra keçmiş komanda yoldaşlarım və vida edə bilmədiyim insanlarla görüşdüm. Bununla bağlı narahat olan bütün azarkeşlərdən üzr istəyirəm. Ümid edirəm ki, birlikdə böyük uğurlar qazanacağıq”.

Areola Real-a yay transfer pəncərəsi dövründə, icarə əsasında keçib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36034 səs