04/10/2019
09:35
1795
| A A A
AFFA Dudelange - Qarabağ matçındakı erməni təxribatına reaksiya verdi

AFFA rəhbərliyi Lüksemburqda Dudelange və Qarabağ arasındakı Avropa Liqasının II tur matçında baş vermiş erməni təxribatına reaksiya verib.

Goal.az-ın milli assosiasiyanın "Facebook" səhifəsinə istinadən məlumatına görə, milli assosiasiya rəsmiləri dərhal UEFA ilə əlaqə saxlayaraq, narazılığını bildirib. Bu gün Avropa futbol qurumuna rəsmi qaydada müraciət olunacaq.

Qeyd edək ki, matçın 30-cu dəqiqəsində Qarabağ 2-ci qolunu vurduqdan sonra "Jozi Bartel" stadionu üzərində dronla qondarma "Dağlıq Qarabağ" rəhbərliyinin "bayrağ"ı sallanıb. Azərbaycan komandası və azarkeşlər buna kəskin etiraz ediblər. Matçda fasilə yaranıb. Lüksemburqun idman naziri üzrxahlığını çatdırdıqdan sonra görüş davam etdirilib. Matç Qarabağ-ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
35940 səs