04/10/2019
15:40
1464
| A A A
Juventus-un keçmiş futbolçusu karyerasını bitirdi

İtaliya yığmasının və Juventus-un sabiq yarımmüdafiəçisi Klaudio Markizio karyerasını başa vurub.

Goal.az xəbər verir ki, o, 33 yaşında futboldan getməyə qərar verib. Markizio qərarını sosial media hesabında yaydığı bu açıqlama ilə bəyan edib:

“Futbolçu olmaq istəyən kiçik uşağa söz vermişdim, meydana çıxdığım zaman özümü möhtəşəm hiss etdiyim müddətdə oynayacaqdım. Artıq sözümə əməl edə bilmirəm. Bu üzdən də futbolu buraxıram”.

Qeyd edək ki, Juventus-un yetirməsi olan Markizio, 2005-2018-ci illər aralığında Turin təmsilçisində forma geyinib. Daha sonra Zenit-ə keçən yarımmüdafiəçi bu yay müqaviləsini pozaraq azad agent statusu almışdı. İtaliya yığmasında 55 oyun keçirən Klaudio, 5 qola imza atıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
35940 səs