05/10/2019
16:39
1252
| A A A
Mişel Platini prezident olmaq istəyir

UEFA-nın sabiq prezidenti Mişel Platini Fransa Futbol Federasiyasına rəhbərlik edə bilər.

Goal.az xəbər verir ki, oktyabrın 7-də cəza müddəti başa çatacaq 64 yaşlı funksioner 2020-ci ildə baş tutacaq prezident seçkisi zamanı namizədliyini irəli sürmək istəyir. Quruma hazırda Noel Le Qrae rəhbərlik edir.

Qeyd edək ki, Mişel Platini UEFA-ya 2007 - 2015-ci illərdə rəhbərlik edib. 2015-ci il oktyabrın 8-də FIFA Etika Komitəsinin Arbitraj Palatası onu 90 gün müddətinə vəzifəsindən kənarlaşdırıb. Dekabrın 21-də isə Platini 8 il müddətinə diskvalifikasiyaya məruz qalıb. Lakin 2016-cı ilin mayında cəza 4 ilə enib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
35940 səs