07/10/2019
20:53
2056
| A A A
Qarabağ Avropada yüzfaizlik nəticə göstərən 5 komandadan biridir

Avropanın futbol üzrə yüksək dəstələrində yüzfaizlik nəticəyə malik komandaların sayı 5-ə enib.

Goal.az-ın məlumatına görə, bu, İnter-in İtaliya A Seriyasının VII turunda evdə Juventus-a1:2 hesablı məğlubiyyətindən sonra baş verib.

Hazırda milli çempionatlarda bütün oyunlarda qalib gələn kollektivlər arasında Qarabağ da var. Premyer Liqada ardıcıl 7 qələbə qazanan Ağdam təmsilçisi 21 xalla vahid liderdir.

Bundan başqa, Ukraynada Shakhtar 10, İngiltərədə isə Liverpool 8 matçda qalib gəlməklə turnir cədvəlinə başçılıq edir. 

Avropa Liqasında Qarabağ-la eyni qrupda yer alan Kipr təmsilçisi APOEL isə bütün görüşlərdən zəfərlə ayrılsa da, milli çempionatda zirvədə qərarlaşımayıb. Səbəb avrokubok matçları ilə əlaqədar nikosiyalıların 3 qarşılaşmasının təxirə salınmasıdır. Ona görə də APOEL hazırda 6 xalla 8-ci sıradadır.

Tre Penne isə San Marinoda keçirdiyi hər 3 oyunda qalib gəlib. Həvəskar status daşıyan çempionatda B qrupunda yer alan komanda hazırda liderdir.

Qeyd edək ki, Qarabağ Azərbaycan Premyer Liqasında son 6 mövsümün qalibi olub. 1992-ci ildən keçirilən ölkə çempionatlarının tarixində 7-ci dəfə komandalardan biri ilk 7 turda xal itirmir. İndiyədək qeydə alınmış 6 belə hadisəyə 3 komanda imza atıb. Neftçi 4, Şəfa və Xəzər Lənkəran hərəyə 1 dəfə uğurlu startla fərqlənib. Qarabağ isə bunu bacaran 4-cü klub kimi tarixə düşüb. // Report

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
35944 səs