16/10/2019
19:20
1726
| A A A
Barcelona uşaq komandasının İspaniya loqolu formanı geyinməsinə razı olmadı

Barcelona-nın U-12 komandası beynəlxalq "Danone Nations Cup” turnirində iştirak etməkdən imtina edib.

Goal.az xəbər verir ki, buna səbəb "Barsa” rəhbərliyinin azyaşlıların İspaniyanın loqosu olan formalarda meydana çıxmasına razı olmamasıdır.

Maraqlıdır ki, Barcelona turnirin təsnifat mərhələsində iştirak edib. Çünki həmin mərhələdə komandalara klubun formasında oynamağa icazə verilib. Ancaq final mərhələsində İspaniyanın formasında oynamaq tələb edilib.

Özü də turnirin final mərhələsi məhz Kataloniyada keçirilib. Ancaq "Barsa” rəhbərliyi uşaqları final mərhələsinə göndərməyib.

"Danone Nations Cup” uşaqlar arasında ən populyar turnirlərdən biridir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39612 səs