19/10/2019
21:10
27692
| A A A
Futbolçular hərəkətsiz qaldı, rəqib 8 dəqiqəyə 3 qol vurdu - VİDEO

Meksikada keçirilən Veracruz - Tigres matçında maraqlı hadisə yaşanıb. Goal.az xəbər verir ki, Veracruz futbolçuları maaşları verilmədiyi üçün etiraz əlaməti olaraq ilk 10 dəqiqə meydanda hərəkətsiz qalıblar. Azarkeşlərin, rəqib futbolçuların və referinin təəccüblə qarşıladığı bu epizodun görüntüləri sosial mediada maraqla qarşılanıb. Matçın ilk 8 dəqiqəsində Tigres oyunçuları 3 qol vurublar.  Oyun qonaqların meydan sahiblərinin 1-3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Millinin biabırçı nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
581 səs