28/10/2019
20:06
17951
| A A A
"Qızıl top" mükafatı Ronaldoya təqdim olunacaq

“France Football” jurnalının ilin ən yaxşı futbolçusu üçün nəzərdə tutduğu “Qızıl top” mükafatı İtaliyanın Juventus komandasının hücumçusu Kriştiano Ronaldoya  təqdim olunacaq.

Goal.az Corriere dello Sport”a istinadən xəbər verir ki, Fransa nəşrinin nümayəndələri bununla əlaqədar Turində 34 yaşlı forvard və klubun idman direktoru Fabio Paratiçi ilə görüşüblər. Jurnalistlərin Ronaldodan qalib elan olunandan sonra yayımlanması üçün nəzərdə tutulan müsahibə götürdükləri ehtimal edilir.

Qalibin adı dekabrın 2-də Parisdəki Şatle teatrında təşkil olunacaq mərasimdə elan olunacaq. Bu ada 30 futbolçu namizəd göstərilib.

Qeyd edək ki, “France Football”ın 1956-cı ildə təsis etdiyi “Qızıl top” mükafatını hamıdan çox – 5 dəfə Ronaldo ilə İspaniya təmsilçisi Barcelona-nın argentinalı kapitanı Lionel Messi alıb. Ötən il mükafata İspaniyanın Real Madrid komandasının xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç layiq görülüb.

Millinin biabırçı nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
534 səs