30/10/2019
17:29
1765
| A A A
Liverpool - Barcelona: Əfsanələr qarşı-qarşıya

Liverpool-la Barcelona klubunun əfsanələri arasında yoxlama oyunu keçiriləcək.

Goal.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin rəsmi saytı məlumat yayıb. Qarşılaşma 2020-ci il martın 28-də “Enfild Roud” stadionunda keçiriləcək.

Yoxlama oyunundan əldə edilən gəlir Liverpool-a məxsus xeyriyyə fonduna köçürüləcək.

Əfsanələrin oyununda Liverpool-un heyətində Fernando Torres, İrji Dudek, Luis Qarsiya, Xose Enrike, Fabio Aurelio, Barcelona-nın heyətində isə Patrik Klyuvert, Edqar Davids, Xavyer Saviola, Juliano Belletti kimi keçmiş ulduzlar forma geyinəcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39459 səs