06/11/2019
11:11
672
| A A A
Vela birinci, İbrahimoviç ikinci oldu

MLS-də mövsümün ən yaxşı oyunçusu məlum olub.

Goal.az xəbər verir ki, bu, Los Angeles-in futbolçusu Karlos Veladır. Bu barədə MLS-in mətbuat xidməti məlumat yayıb. Vela, futbolçular və məşqçilər arasında keçirilən sorğuda 69,61 faiz səslə 1-ci olub.

2-ci sırada 14,11 faizlə Los Angeles Galaxy-dən Zlatan İbrahimoviç, 3-cü isə 6,97 faizlə Atlanta United-dən Jozef Martines olub.

Vela həm də, 38 qolla mövsümün bombardiri olub. 30 yaşlı hücumçu MLS-də mövsümün ən yaxşı oyunçusu seçilən ilk meksikalıdır.

Vela karyerası ərzində Chivas, Arsenal, Real Sociedad kimi klublarda çıxış edib. Meksikalı hücumçu 2018-ci ilin yanvarından Los Angeles-də forma geyinir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39459 səs