30/11/2019
14:14
4374
| A A A
2019-cu ildə ən çox qol vuran futbolçular - SİYAHI

2019-cu ildə ən çox qol vuran futbolçuların siyahısı müəyyənləşib.

Goal.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) il ərzində milli çempionatlarda ən çox qol vuran oyunçuların siyahısını açıqlayıb.

Cədvələ Qətərin Al-Sadd klubunda çıxış edən əlcəzairli Bağdad Bunedja başçılıq edir. Onun aktivində 39 qol var.

Barcelona-nın kapitanı Lionel Messi bu baxımdan 2-ci pillədə qərarlaşıb.

İlk “üçlüy”ü isə PSG-nın hücumçusu Killian Mbappe qapayır.

Siyahıda 22 və daha çox qol vuran futbolçular yer alıb:

1.Bağdad Bunedja (Əlcəzair/Al-Sadd) – 39 qol

2.Lionel Messi (Argentina/Barcelona) – 36

3.Kilian Mbappe (Fransa/PSG) – 33

4.Mbaye Dianye (Seneqal/Galatasaray/Brügge) – 30

5.Duşan Tadiç (Serbiya/Ajax) – 28

6.Luk de Yonq (Hollandiya/PSV) – 28

7.Fabio Kvalyarella (İtaliya/Sampdoria) – 26

8.Haris Seferoviç (İsveçrə/Benfica) – 23

9.Jillaum Oaru (Fransa/Burn) – 23

10.Robert Levandovski (Polşa/Bayern Munich) – 22

11.Nikola Pepe (Fil Dişi Sahili/Lille/Arsenal) – 22

12.Pyerr-Emerik Obameyanq (Qabon/Arsenal) – 22

13.Kşiştof Pyentek (Polşa/Genoa/Milan) – 22

14.Duvan Zapata (Kolumbiya/Atalanta) – 22

15.Məhəmməd Salah (Misir/Liverpool) – 22

16.Sadio Mane (Seneqal/Liverpool) – 22

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1027 səs