02/12/2019
15:44
3464
| A A A
Bu gün "Qızıl top"un qalibi müəyyənləşəcək

France Football nəşri tərəfindən ilin ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatının builki sahibi bu gün müəyyənləşəcək.

Goal.az xəbər verir ki, qalibin adı Parisdə keçiriləcək mərasimdə açıqlanacaq. Tədbir Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

İlin futbolçusu adına üç namizəd isə Lionel Messi (Barcelona, Argentina), Kriştiano Ronaldo (Juventus, Portuqaliya) və Vircil van Deykdir (Liverpool, Niderland).

Qeyd edək ki, Messi və Ronaldo indiyədək bu mükafatı 5 dəfə qazanıb, Van Deyk isə “Qızıl top”un sevincini ilk dəfə yaşaya bilər.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1028 səs