02/12/2019
17:54
871
| A A A
Galatasaray-ın icarədə olan futbolçusu ikinci heyətə göndərildi

İcarə əsasında Brügge-də forma geyinən Galatasaray-ın futbolçusu Mbaye Dianye cəzalandırılıb.

Goal.az xəbər verir ki, seneqallı hücumçu Brügge-nin B komandasına göndərilib. Bu barədə Belçika mətbuatı məlumat yayıb.

Brügge-nin Çempionlar Liqasında Galatasaray-la oynadığı matç (1:1) ərəfəsində icazəsiz Türkiyəyə səyahət edən Dianye, əsas komandadan qovulub və bundan sonra ancaq fərdi məşqlər edə bilər.

Belçika təmsilçisi ilə mövsümün sonuna qədər müqaviləsi olan 28 yaşlı hücumçu Brügge ilə 12 oyuna çıxıb və 4 qol vurub.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1029 səs