06/12/2019
10:48
3092
| A A A
Liverpool-un Dünya Çempionatı üçün heyəti bəlli oldu

Liverpool Klublararası Dünya Çempionatının iştirak ərizəsini açıqlayıb.

Goal.az xəbər verir ki, baş məşqçi Yurgen Klopp turnirdə xidmətindən yararlanacağı heyəti açıqlayıb.

Turnir Qətərdə təşkil olunacaq. Çempionata "qırmızılar" 3 qapıçı, 6 müdafiəçi, 9 yarımmüdafiəçi, 5 hücumçu ilə qatılacaq. Müdafiəçi Joel Matip və yarımmüdafiəçi Fabinyo zədə səbəbindən yarışda iştirak etməyəcək.

Qapıçılar: Alisson Beker, Adrian, Endi Lonerqan

Müdafiəçilər: Vircil van Dayk, Deyan Lovren, Co Qomes, Endi Robertson, Trent Aleksander-Arnold, Uilyams

Yarımmüdafiəçilər: Corcinyo Veynaldum, Ceyms Milner, Nabi Keyta, Cordan Henderson, Aleks Oksleyd-Cemberleyn, Adam Lallana, Xerdan Şaqiri, Kurtis Cons, Hervi Ellio

Hücumçular: Roberto Firmino, Sadio Mane, Məhəmməd Salah, Rian Bryuster, Divok Oriqi