12/12/2019
19:25
5083
| A A A
Galatasaray-ın Avropada ən böyük hesablı məğlubiyyətləri - SİYAHI

Bir mövsümdə iki darmadağın...

Ötən gün Türkiyənin UEFA Çempionlar Liqasında mübarizə aparan yeganə təmsilçisi Galatasaray-ın Fransanın PSG klubuna 0-5 hesabı ilə məğlub olması türk futbol ictimaiyyətində, sosial mediada böyük əsk-səda yaradıb. Bu, Galatasaray-ın cari mövsümdə ilk böyük hesablı məğlubiyyəti deyil. Belə ki, Galatasaray bu mövsüm sözügedən turnirin qrup mərhələsi çərçivəsində İspaniyanın Real Madrid klubuna da 0-6 hesabı ilə məğlub olub. Ölkəmizdə də kifayət qədər azarkeşi olan İstanbul təmsilçisinin Avropa arenasındakı ən böyük məğlubiyyətlərini oxucularımıza təqdim edirik.

Galatasaray-ın ən böyük hesablı məğlubiyyəti

İstanbul təmsilçisinin avrokuboklarda ən böyük hesablı məğlubiyyəti ayrı-ayrı vaxtlarda 2 dəfə 0-6 hesabı ilə qeydə alınıb. Belə ki, Çempionlar Kubokunun 1972/1973-cü illər mövsümündə Almaniyanın Bayern Münich klubu ilə qarşılaşan Galatasaray rəqibinə 0-6 hesabı ilə məğlub olub. İkinci belə anti-rekord isə bu mövsümə təsadüf edir. Cari mövsüm Çempionlar Liqasının qrup mərhələsində çərçivəsində Galatasaray Real Madrid-ə də 0-6 hesabı ilə məğlub olub.

Öz meydanında ən böyük hesablı məğlubiyyət

Galatasaray öz evində ən böyük hesablı məğlubiyyətini də elə Real Madrid-dən alıb. Belə ki, UEFA Çempionlar Liqasının 2013/2014-cü illər mövsümündə sarı-qırmızılılar qrup mərhələsi çərçivəsində keçirilən matçda Real Madrid-ə 1-6 hesabı ilə məğlub olub. Bu nəticə Galatasaray-ın öz evində ən böyük hesablı məğlubiyyəti hesab olunur.

Galatasaray-ın Avropada ən böyük hesablı məğlubiyyətləri:

1. Milan 5-0 Galatasaray (1962/1963, ÇK, 1/4 final)

2. Sion 5-1 Galatasaray (1965/1966, KK, I tur)

3. Galatasaray 3-5 Rapid Wien (Vyana) (1966/1967, KK, I tur)

4. Bayern Münich 6-0 Galatasaray (1972/1973, ÇK, I tur)

5. Galatasaray 1-5 Anderlecht (1976/1977, KK, 1/8 final)

6. Anderlecht 5-1 Galatasaray (1976/1977, KK, 1/8 final)

7. Galatasaray 0-5 Chelsea (1999/2000, ÇL, Qrup)

8. Bayer Leverkusen 5-1 Galatasaray (2007/2008, UK, III tur)

9. Galatasaray 1-6 Real Madrid (2013/2014, ÇL, Qrup)

10. Real Madrid 6-0 Galatasaray (2019/2020, ÇL, Qrup)

11. PSG 5-0 Galatasaray (2019/2020, ÇL, Qrup)

Galatasaray son 5 ildə Avropada yalnız 2 qələbə qazanıb

Xatırladaq ki, 2014-cü ildən bu günə kimi avrokuboklarda 32 matça çıxan Galatasaray bu oyunlarda cəmi 2 qələbə qazana bilib. 32 oyunun 20-də məğlub olan Galatasaray 10 qarşılaşmada meydandan bərabərliklə ayrılıb. İstanbul təmsilçisi sözügedən matçlarda qapısından 65 top buraxıb. Cimbom bu görüşlərdə rəqib qapılarından cəmi 22 top keçirə bilib.

Həmidağa Məcidov

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
11913 səs