14/12/2019
12:16
2727
| A A A
Məşhur futbolçu karyerasını bitirdi

Argentina millisinin sabiq futbolçusu Ezekyel Lavessi karyerasını başa vurub.

Goal.az xəbər verir ki, 34 yaşlı hücumçu bu barədə şəxsi Instagram səhifəsində yazıb.

Onun sonuncu klubu Çin təmsilçisi Hebei Chine Fortune olub.

Qeyd edək ki, Lavessi karyerası ərzində vətənində Estudiantes-lə San Lorenso-nun, eləcə də İtaliyanın Napoli və Fransanın PSG klublarında çıxış edib. O, 2008-ci ildə Argentina millisi ilə Yay Olimpiya Oyunlarının qalibi adını qazanıb.