14/12/2019
15:45
5735
| A A A
Dünyanın ən bahalı oyunçuları - SİYAHI

KMPG auditor şirkəti dünyanın ən bahalı oyunçularının yeni siyahısını hazırlayıb.

Goal.az xəbər verir ki, siyahıya 12 liqadan 5000-dən çox futbolçu daxil edilib.

Transfer dəyəri ən baha olan futbolçu PSG-nin ulduzu Kilian Mbappe olub. 21 yaşlı fransalı hücumçuya 225 milyon avro qiymət qoyulub.

Qeyd edək ki, Juventus-un portuqaliyalı ulduzu Kriştiano Ronaldo TOP-15-ə düşməyib.

TOP-10

1. Kilian Mbappe (PSG) -225 milyon avro

2. Neymar (PSG) -185 milyon avro

3. Lionel Messi (Barcelona) - 180 milyon avro

4. Eden Hazard (Real Madrid) - 152 milyon avro

5. Rahim Sterlinq (Manchester City) - 150 milyon avro

6. Məhəmməd Salah (Liverpool) - 150 milyon avro

7. Harri Keyn (Tottenham) - 140 milyon avro

8. Sadio Mane (Liverpool) - 130 milyon avro

9. Kevin de Bruyne (Manchester City) - 130 milyon avro

10. Antuan Qrizmann (Barcelona) - 125 milyon avro