30/12/2019
14:53
7242
| A A A
UEFA son 10 ilin bombardirlərini açıqladı

Son 10 ildə UEFA-nın bayrağı altında keçirilən yarışlartın yekununa əsasən bombardirlərin adları müəyyənləşib.

Goal.az xəbər verir ki, geridə qalan 10 ilinən məhsuldar futbolçusu Portuqaliya yığması və Juventus-un lideri Kriştiano Ronaldodur.

34 yaşlı hücumçu bu müddət ərzində 145 qol vurub ki, bunlardan 107-si Çempionlar Liqası, 2-si UEFA Superkuboku, 6-sı Avropa çempionatı, 3-ü Millətlər Liqası, 27-si seçmə mərhələlərdə qeydə alınıb.

Pireneylini Robert Lavandovski izləyir. Polşa millisi və Bayern-in forvardı son 10 ildə rəqib qapılarına 101 dəfə yol tapıb - Çempionlar Liqası - 63, Avropa Liqası - 1, Avropa çempionatı - 2, seçmə mərhələ - 35.

3-cü yeri isə 99 qolla Barcelona-nın kapitanı Lionel Messi tutur. Argentinalı futbolçu Çempionlar Liqasında 96, 3-nü isə UEFA Superkubokunda vurub.(sportinfo)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
12471 səs