14/01/2020
13:26
2035
| A A A
Məşhur futbolçu karyerasını bitirdi

Mali milli komandasının sabiq futbolçusu Məhəmməd Sissoko karyerasını başa vurub.

Goal.az-ın məlumatına görə, bu barədə 34 yaşlı futbolçunun özü RMC Sport-a açıqlamasında deyib.

Sissoko karyerasını başa vurmaq haqda qərarı verməyin onun üçün asan olmadığını bildirib: "Mənim üçün son gəldi. Artıq karyeramı başa vururam. Bu, çox çətin seçimdir. Qərarı vermək asan deyildi. Çünki mən hər zaman futbolla məşğul olmuşam və bu, mənim həyatımdır".

Qeyd edək ki, karyerasına Auxerre-də başlayan Sissoko karyerası ərzində Valencia, Liverpool, Juventus və PSG kimi klublarda da oynayıb. (report)