15/01/2020
18:11
3935
| A A A
UEFA ilin rəmzi komandasını açıqladı

UEFA 2019-cu ilin rəmzi komandasını açıqlayıb.

Goal.az xəbər verir ki, rəmzi 11-lik iki milyondan çox azarkeşin iştirak etdiyi sorğu ilə müəyyən edilib.

Çempionlar Liqasının qalibi Liverpool-un 5 futbolçusu seçilən heyətdə yer alıb.

Qapıçı: Alisson Bekker (Liverpool)

Müdafiəçilər: Trent Aleksander-Arnold, Vircil van Dayk, Endi Robertson (hamısı Liverpool), Matteys de Liqt (Ajax / Juventus)

Yarımmüdafiəçilər: Frenki de Yonq (Ajax/ Barcelona), Kevin De Bruyne (Manchester City)

Hücumçular: Lionel Messi (Barcelona), Kriştiano Ronaldo (Juventus), Robert Levandovski (Bayern Münich), Sadio Mane (Liverpool)