16/01/2020
23:44
2069
| A A A
Belçikada ilin futbolçusu seçildi

Belçika çempionatında geridə qalan 2019-cu ilin "ən yaxşılar"ı müəyyənləşib.

Goal.az xəbər verir ki, "Brügge"nun futbolçuları qaliblər arasında çoxluq təşkil edir.

İlin ən yaxşı oyunçusu Brügge təmsilçisinin yarımmüdafiəçisi Hans Vanaken seçilib. O, ötən ildə keçirdiyi 33 görüşdə 13 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Klubun qolkiperi Simon Minyole ilin ən yaxşı qapıçısı, baş məşqçi Filipp Klement isə ilin ən yaxşı baş məşqçisi olub. Onun komandası hazırda davam edən çempionatda turnir cədvəlindəki ən yaxın izləyicisini 10 xal qabaqlayır. (sportinfo)