18/01/2020
18:04
2357
| A A A
Xavi ilk tutulunu qazandı

Xavi Ernandes məşqçilik karyerasında ilk rəsmi beynəlxaq uğurunu qazanıb.

Goal.az xəbər verir ki, Qətərin Al Sadd klubunu çalışdıran 40 yaşlı mütəxəssis ölkə kubokuna yiyələnib.

Xavinin rəhbərlik etdiyi komanda finalda Al Duhayl-i darmadağın edib - 4:0. Veteran 2015-ci ildən ötən ilə qədər "Əl Sədd"in futbolçusu olub. O, geridə qalan yay baş məşqçi kimi qeyri-rəsmi turnir sayılan "Şeyx Yassim" kubokunu qazanmışdı.