21/01/2020
15:28
3154
| A A A
Qarabağ 57 pillə irəlilədi

Dünyanın ən yaxşı klublarının siyahısı açıqlanıb.

Goal.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2019-cu ilin yekunlarına əsasən 400 komandanın siyahısını müəyyənləşdirib.

Cədvəldə Azərbaycanın ən yaxşı komandası Qarabağ göstərilib. Ağdam klubu ötən illə müqayisədə 57 pillə irəliləyərək 144 xalla dünyanın 80-ci komandası olub.

Ötən il 459-cu olan Neftçi isə 217-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, siyahıya 316 xalla Liverpool başçılıq edir. Barcelona 293 xalla 2-ci, Manchester City 284 xalla 3-cüdür.