24/01/2020
11:15
3238
| A A A
İtaliya millisinin sabiq futbolçusu karyerasını bitirdi

İtaliya yığmasının sabiq yarımmüdafiəçisi Antonio Noçerino karyerasını başa vurub.

Goal.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat yayıb. 34 yaşlı futbolçu karyerası ərzində ona dəstək olan, çalışdığı və birgə oynadığı hamıya hər kəsə təşəkkür edib.

Juventus-un yetirməsi olan Noçerino karyerası ərzində Genoa, Palermo, Milan, West Ham, Torino, Parma, Orlando City və daha başqa klublarda da çıxış edib. Yarımmüdafiəçi İtaliya millisində də 15 oyun keçirib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
18392 səs