13/02/2020
15:22
1165
| A A A
Maaş problemi ilə üzləşən futbolçular üçün fond yaradıldı

FIFA (Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası) və FIFPro (Beynəlxalq Futbolçular Birliyi) maaş problemi ilə üzləşmiş oyunçulara dəstək fondu yaratmaq barədə razılaşma əldə edib.

Goal.az xəbər verir ki, FIFA 2022-ci ilə qədər fonda 16 milyon dollar ayıracaq.

FIFA və FIFPro nümayəndələrindən ibarət monitorinq komitəsi yaradılacaq. Komitə futbolçuların müraciətləri üzərində işləyəcək.